Modern.az

Bakıda xəttə əlavə avtobuslar buraxıla bilər

Bakıda xəttə əlavə avtobuslar buraxıla bilər

Aktual

4 May 2020, 17:39

Mayın 4-dən paytaxtda sərnişin sıxlığının artması ilə bağlı Bakı Nəqliyyat Agentliyi əlavə avtobusları xəttə buraxa bilər.

Modern.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfrasında Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli bildirib.


Onun sözlərinə görə, hazırda exspres xətlərdə 90 avtobus fəaliyyət göstərir:

“Daha 15 avtobus ehtiyatda saxlanılır. Hər gün sərnişin sıxlığına diqqət edilir. Əgər sıxlıq yaranarsa həmin avtobuslar da fəaliyyətə başlayacaq və digər daşəyıcılar da avtobus sayını artıracaq".

Vüsal Kərimli bildirib ki, pandemiyadan əvvəl planda 3 gecə marşrut xəttinin fəaliyyəti nəzərdə tutulurdu.


V.Kərimli qeyd edib ki, Bakı-Hava Limanı istiqamətində exspres xətt üzrə 3 avtobusun 24 saat çalışması planlaşdırılır.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV