İndiki dövrdə qaydaları pozan marşrut avtobuslarının xətlərdən çıxarılması düzgün deyil.
Modern.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfrasında Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli bildirib.
O qeyd edib ki, daşıyıcıların bugünkü günlərdə yanaşması dəyərləndirilir:
"Buna uyğun pandemiya dövründən sonrakı qərarlar o istiqamətdə veriləcək. Avtobusda sıxlığın olması o marşurut xətti üzrə avtobusun az olması demək deyil. Amma biz daxil olan şikayətləri də araşdırırıq. Belə ki, koronavirus pandemiyası dövründə 79 nömrəli daşıyıcı ilə bağlı şikayətlər daxil olur. Bu daşıyıcı barədə ciddi tədbirlər görüləcək".