Modern.az

Bakıda icazəsiz taksi fəaliyyəti göstərənlər CƏRİMƏLƏNƏCƏK

Bakıda icazəsiz taksi fəaliyyəti göstərənlər CƏRİMƏLƏNƏCƏK

Aktual

4 May 2020, 18:00

"Bakı şəhərində qeyri-qanuni taksi fəaliyyəti ilə məşğul olan şəxslərin inzibati məsuliyyətə cəlb olunması mexanizmi hələlik dəqiq deyil".

Modern.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli bildirib.

Sədr qeyd edib ki, bu sahədə qanunvericiliyə dəyişikliklər hazırlanır:

"Bilirsiniz inzibati məsuliyyətə cəlb olunma dəqiq bilinməlidir. Məsələn, Türkiyədə icazəsiz taksi fəaliyyətinə dair cərimə 5000-6000 TL-dir. Biz xarici təcrübəni də nəzərdən keçiririk. Çalışacağıq ki, qısa zamanda hökümətə təklifləri göndərək".

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır