Modern.az

Operativ Qərargahdan yoluxmanın artmasına reaksiya - Mayın 11-dən bu məsələyə baxıla bilər

Operativ Qərargahdan yoluxmanın artmasına reaksiya - Mayın 11-dən bu məsələyə baxıla bilər

Aktual

5 May 2020, 17:34

Bugünki yoluxma sayının artması yaxşı nəticə deyil.

 

Modern.az-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfrasında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

 

İ.Məmmədov qeyd edib ki, bu, karantinin yumşaldılması ilə bağlıdır:

 

"Ticarət mərkəzlərinin mayın 11-də açılacağı məlum deyil. Rayonlada ticarət mərkəzləri açıb. Həmin yerlərdə təlimatlar yaradılıb”.

 

65 yaşdan yuxarı vətəndaşların evdən çıxmasına gəlincə isə, NK rəsmisi qeyd edib ki, statistika pozitiv istiqamətdə olarsa, mayın 11-dən bu məsələyə baxıla bilər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV