Modern.az

Koronavirusla Mübarizəyə Dəstək Fondundan polislərə vəsait ayrılacaq?

Koronavirusla Mübarizəyə Dəstək Fondundan polislərə vəsait ayrılacaq?

Aktual

5 May 2020, 17:40

Daxili İşlər Nazirliyi əməkdaşlarının sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı Koronavirusla Mübarizəyə Dəstək Fondunda vəsait nəzərdə tutulmayıb.

 

Modern.az-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfrasında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

 

O qeyd edib ki, Fondun vəsaitlərinin xərclənməsi istiqamətləri və qaydalar Prezident İlham Əliyevin sərəncamında nəzərdə tutulub:

 

"Həmin qaydalardan kənar heç bir istiqamətə bu vəsaitdən istifadə edilə bilməz. Vəsaitlərdən yalnız bu qaydalar çərçivəsində istifadə olunacaq".

Sizə yeni x var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV