“Xarici ölkələrdə olan vətəndaşlarımızın Azərbaycana gətirilməsi ilə bağlı bəzi texniki məsələlər var”.
Modern.az-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfrasında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.
İ.Məmmədov bildirib ki, hər həftə xarici ölkələrdən Azərbaycan vətəndaşlarının gətirilməsi gündəmdədir:
“Lakin həmin gələnlərin yerləşdirilməsi üçün müəyyən yerlər olmalıdır ki, karantində normal şəraitdə saxlanılsınlar. Bu məsələ müzakirə olunur. Bəzi problemlər həmin ölkələrdəki karantin məsələləri ilə də bağlıdır. Amma qərar alınıb ki, xaricdə olan vətəndaşlarımız xüsusi çarter reysəri ilə ölkəyə gətirilsin. Bu məsələ yaxın vaxtlarda həllini tapacaq".