Modern.az

48 mindən çox hərəkət iştirakçısı məsuliyyətə cəlb olundu

48 mindən çox hərəkət iştirakçısı məsuliyyətə cəlb olundu

Aktual

6 May 2020, 10:04

Ölkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar 05.05.2020-ci il saat 00:00-dan 06.05.2020-ci il 00:00-dək olan müddət ərzində DYP əməkdaşları tərəfindən görülmüş işlər barədə məlumat açıqlanıb.

 

Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) Modern.az-a verilən məlumata görə, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 5 may saat 00:00-dan 6 may saat 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 423 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

 

Ümumilikdə 1 aprel 2020-ci ildən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 48386 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV