Modern.az

Gömrük Akademiyasının müəllimləri yeni qaydalarla bağlı məlumatlandırıldı

Gömrük Akademiyasının müəllimləri yeni qaydalarla bağlı məlumatlandırıldı

Aktual

13 May 2020, 14:00

Dövlət Gömrük Komitəsinin Akademiyasında onlayn təhsil prosesində biliklərin qiymətləndirilməsi ilə bağlı qəbul olunmuş xüsusi qaydalar haqqında müəllimlərin məlumatlandırılması məqsədilə onlayn görüş keçirilib.

 

Modern.az xəbər verir ki, müvafiq strukturların rəhbər və əməkdaşlarının iştirakı ilə keçirilən onlayn görüşdə bildirilib ki, biliyin qiymətləndirilməsi ilə bağlı qəbul olunmuş qaydalar Akademiya rəisinin təşəbbüsü ilə beynəlxalq təcrübə öyrənilərək, Akademiyada təhsilin elektron idarəetmə sisteminin verdiyi imkanlar, keyfiyyət standartları və digər vacib məqamlar nəzərə alınaraq qəbul olunub. 

 

Görüşdə onlayn təhsil prosesində imtahanların təşkili, biliklərin qiymətləndirilməsi qaydaları, imtahanlardan öncə tələbələr üçün onlayn məsləhət saatlarının təşkili, imtahan suallarının hazırlanması, ayrı-ayrı fənlərin spesifikası nəzərə alınaraq tələbələrin biliklərinin qiymətləndirilməsinin həyata keçirilməsi istiqamətində geniş fikir mübadiləsi aparılıb.

 

Müzakirələr zamanı bir sıra təkliflər səsləndirilib, suallar cavablandırılıb.  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu