Modern.az

Koronavirus dönəmində dərman təhlükəsizliyi

Koronavirus dönəmində dərman təhlükəsizliyi

Aktual

13 May 2020, 14:38

Koronavirusun yayılmağa başladığı vaxtdan Prezident İlham Əliyevin tapşırığına əsasən Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb. Qərargahın qəbul etdiyi zəruri qabaqlayıcı, profilaktik, təxirəsalınmaz tədbirlər nəticəsində aidiyyəti qurumların atdığı addımlar ölkəmizdə koronavirus təhlükəsi azaldıb və çox ciddi karantin tədbirləri görulüb. Bunun nəticəsində koronavirus pandemiyasi bütün dünyada tüğyan etdiyi zamanda ölkəmizdə bu virusun törətdiyi iqtisadi, sosial və psixoloji fəsadlar itkisiz keçir.

 

Səhiyyə Nazirliyinin, İcbari tibbi sığorta Agentliyinin və Təbibin birgə səmərəli fəaliyyətləri nəticəsində bütün tibb heyəti bu fəlakətin qarşının alınmasında misilsiz şucaət göstərirlər. Təsadüf deyil ki, Ümumdünya Səhiyyə Təşkilatı COVID-19 ilə bağlı Azərbaycanda görülən işləri bu gün nümunə kimi göstərmiş, Azərbaycan hökümətinə və xalqına təşəkkür məktubu göndərmişdır. Cənab Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın təşəbbüsü ilə qısa müddət ərzində tibbi maska istehsalı müəssisələrin və modul tipli yeni xəstəxananın açılışında iştirak etməsi koronavirusla mübarizənin effektliyi daha da artırır. Həm də daha 9 modul tipli xəstəxana kompleksinin paytaxda və regionlarda quraşdırılması nəzərdə tutulur ki, bu da əlavə olaraq 2000 çarpayılıq ehtiyatı yaranması deməkdir.

 

Ancaq inkisaf etmis avropa ölkələrinin yüksək tibbi xidmətləri olduğu halda virusun qarşının alınmasında çox çətinlik çəkirlər. Baxmayaraq ki, həmin ölkələrin oturuşmuş səhiyyə sistemi və dərman istehsalı mövcuddur. Məhz bu dönəmdə dərman təhlükəsizliyi əsas prioritet istiqamət kimi gotürülməlidir.

Yoluxan şəxslərin dəstəkverici müalicəyə və dərman təchızatına ehtiyac olduğu zamanda Respublikamiz üçün dərman idxalından asılı olması bu sahədə ciddi maneəler yaradır. Düsünürəm ki, Respublikamizda dərman konsepsiyası olmalıdır və dərman təhlükəsizliyi istər indiki vaxtda istərsə də digər ktitik vaxtlarda dərman tələbatımızı ödəməlidir. Ölkəmizdə istifadə olunan dərman vasitələri Umümdünya Səhiyyə Təşkilatının reyestrinə daxil olması arzuolunandır. Müalicə alan və karantində olan şəxslərin dəstəkverici mualicəsi zamanı dərman və qoruyucu vasitələrə qarşı tələbatın həddən artması dərman təhlükəsizliyi məsələsini gündəmə gətirir.

 

İnanınıq ki, yaxın gələcəkdə ölkəmizdə tam gücü ilə fəaliyyətə başlayan dərman zavodları müəyyən qədər bu problemi aradan qaldırmağa kömək edəcəkdir.

 

 

Azərbaycan Tibb Universitetinin doktorantı Nicat Xəlilov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu