Modern.az

Canlı efirdə Çin musiqisi

Canlı efirdə Çin musiqisi

Aktual

13 May 2020, 15:18

Azərbaycan Dillər Universiteti nəzdində fəaliyyət göstərən (ADU) Konfutsi İnstitutu "Çinin ənənəvi musiqisi" onlayn layihəsi çərçivəsində ADU-nun çinşünaslıq ixtisası üzrə təhsil alan tələbəsi Firəngiz Rüstəmovanın musiqi çıxışı təşkil olunub.

 

ADU-dan Modern.az verilən məlumata görə, onun ifasında Çin ənənəvi "xulusi" fleytində "hərbi limanda gecə" melodiyası səsləndirilib. F. Rüstəmova "hulusi" nin quruluşu, səslənmənin xüsusiyyətləri və Çində populyar olan bu nəfəsli musiqi alətində oyunun etnoqrafik xüsusiyyətləri barədə də məlumat verib.

 

ADU Konfutsi İnstitutunun direktoru Rafiq Abbasovun da qeyd etdiyi kimi, Çin Milli alətlərində ifa və xalq mahnılarının ifası üzrə ustad dərsləri ADU tələbələri arasında böyük populyarlığa malikdir. O, həmçinin Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyinin birgə keçirdiyi və Böyük İpək Yolundakı Türk Asiyası və Çinin qədim musiqi əlaqələrinə həsr olunmuş tədbirləri xatırladıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu