Qızılağac Milli Parkının əməkdaşları tərəfindən milli parkın su-bataqlıq ərazisində ov edən şəxs saxlanılıb.

 

Modern.az-ın məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən aparılan araşdırma zamanı brakonyerin Masallı rayon Xırmandalı kənd sakini İsaq Qasımov olduğu müəyyən edilib. Ondan ov tüfəngi və ovlanmış 2 çöl donuzu götürülüb.

 

Təqsirkar şəxs barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün Lənkəran rayon Polis Şöbəsinə müraciət olunub.