Modern.az

Ucarda iki avtomobil toqquşdu - yaralananlar var

Ucarda iki avtomobil toqquşdu - yaralananlar var

Aktual

13 May 2020, 19:49

Ucar rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, hadisə Ucarın Alpoud kəndi ərazisində qeydə alınıb.

Göyçay-Ucar avtomobil yolunda hərəkətdə olan “VAZ 21099” markalı avtomobil idarəetməni itirərək qarşı hərəkət zolağında olan “VAZ 2107” markalı avtomobillə toqquşub.

 

Hadisə nəticəsində “VAZ 2107” markalı avtomobilin sürücüsü - Ucar rayon sakini Anar Süleymanov və sərnişini Rəhim Süleymanov, həmçinin “VAZ 21099” markalı avtomobilin sürücüsü Telçin Tarverdiyev və sərnişini Nəzakət Hacıyeva müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ucar rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

 

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu