İtaliyada ötən sutka ərzində yeni növ koronavirusdan daha 195 nəfər ölüb.
Modern.az xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Departamentindən bildiriblər.
Məlumata əsasən, İtaliyada koronavirusdan ölənlərin ümumi sayı 31 106 nəfərə çatıb.
Bildirilir ki, son sutka ərzində 888 nəfər koronavirusa yoluxub, yoluxanların ümumi sayı 222 104 nəfər təşkil edir.
Məlumata görə, indiyədək İtaliyada 112 541 nəfər insan koronavirusdan sağalaraq xəstəxanaları tərk edib.