Hindistanda yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı 77 min 729 nəfərə, ölənlərin sayı isə 2535-ə çatıb.
Modern.az xəbər verir ki, Hindistanın Səhiyyə Nazirliyi ötən sutka ərzində 3437 yeni yoluxma və 120 ölüm qeydə alındığını açıqlayıb.
Hindistan hazırda yoluxanların sayına görə dünyada 12-ci sıradadır.
Səhiyyə Nazirliyi indiyədək 26 minə yaxın şəxsin isə sağalaraq xəstəxanaları tərk etdiyini açıqlayıb. Ən çox yoluxma və ölüm halları Maharaştra və Qucarat ştatlarında qeydə alınıb.
Hindistanın hökuməti COVID-19 pandemiyasının iqtisadiyyata mənfi təsirlərini azaltmaq üçün 267 milyard ABŞ dolları dəyərində xüsusi təşviq paketini açıqlayıb. Bu rəqəm ölkənin ümumi daxili məhsulunun təxminən 10 faizinə bərabərdir. Hökumət mayın 18-dən xüsusi karantin rejiminin dördüncü mərhələsinin başlayacağını da elan edib.
Qeyd edək ki, martın 25-də Hindistanda COVID-19 pandemiyası ilə əlaqədar 21 günlük xüsusi karantin rejimi elan olunmuşdu. Karantin rejimi əvvəlcə mayın 3-dək, daha sonra isə mayın 17-dək uzadılıb.