Modern.az

Avropa İttifaqı Belarusla viza rejimini sadələşdirdi

Avropa İttifaqı Belarusla viza rejimini sadələşdirdi

Aktual

14 May 2020, 00:17

Avropa Parlamenti (AP) Avropa İttifaqı (Aİ) ilə Belarus respublikası arasında readmissiya və viza rejiminin sadələşdirilməsi haqqında sazişləri təsdiq edib.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, müvafiq sazişlər Brüsseldə Avropa Parlamentinin plenar sessiyasında qəbul edilib.


Sənədə əsasən vizaların verilməsi qarşılıqlı olaraq 60 avrodan 35 avroya düşəcək. Vətəndaşların qalma müddəti isə iki dəfə artırılacaq - ildə 180 gün. Sənəd qüvvəyə mindikdən sonra AB ölkələrinin belaruslara daha uzunmüddətli vizalar verəcəyi də gözlənilir.



Readmissiya sazişi isə özündə bir dövlətin digər ölkələrin ərazisinə qeyri-qanuni daxil olan və orada qeyri-qanuni qalan şəxsləri geri qəbul etməsini ehtiva edir.

Whatsapp
Bizə yazın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu