“Azərbaycan İlahiyyat İnstitutunun rektoru təyin edilməyim münasibətilə möhtərəm cənab Prezident İlham Əliyevə göstərdiyi yüksək etimada və inama görə dərin minnətdarlığımı bildirirəm”.
Modern.az xəbər verir ki, bunu mayın 12-də Azərbaycan İlahiyyat İnstitutuna rektor təyin edilən Aqil Şirinov bildirib.
A.Şirinovun sözlərinə görə, ali təhsil ocağının peşəkar kollektivi ilə birgə bu etimadı doğruldaraq, Azərbaycan İlahiyyat İnstitutunun fəaliyyətinin və inkişafının yüksək səviyyədə təmin edilməsi, İslam və digər dünya dinləri haqqında dərin biliyə yiyələnən ilahiyyatçıların yetişdirilməsi istiqamətində səylərini əsirgəməyəcək.