Modern.az

Bakıda marketin kassası soyuldu

Bakıda marketin kassası soyuldu

Aktual

14 May 2020, 09:42

Bakıda marketin kassası qarət olunub.

 

Modern.az-ın məlumatına görə, hadisə Nəsimi rayonu S.Vurğun küçəsindəki "Spar" marketdə baş verib. Marketdə işləyən Bakı şəhər sakini N.Novruzovun kassasından 150 manat pul oğurlanıb.

 

 

Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən 28 yaşlı L.Şiveyeva müəyyən olunaraq saxlanılıb.
 

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Azərbaycandakı strateji koordinatlar İrana ötürüldü - ŞOK İDDİA!