Modern.az

Bakıda 12 yaşlı uşaq qarət olundu

Bakıda 12 yaşlı uşaq qarət olundu

Aktual

14 May 2020, 10:32

Bakıda azyaşlı küçədə qarət edilib.

 

Modern.az-ın məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonu Molla Cümə küçəsində baş verib. 2008-ci il təvəllüdlü V.Mikayılov küçədə naməlum şəxsin hücumuna məruz qalıb. Naməlum şəxs azyaşlını hədələyərək cibindən mobil telefonunu götürüb hadisə yerindən qaçıb.

 

Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Naftalan rayon sakini 2002-ci il təvəllüdlü B.Məmmədov saxlanılıb.

 

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun aprelin 21-də, Bakı şəhər sakini B.Əzizova məxsus Nərimanov rayonu Ə.Vahid küçəsindəki mağazanın kassasından pul oğurladığı müəyyən olunub.

 

Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Azərbaycandakı strateji koordinatlar İrana ötürüldü - ŞOK İDDİA!