Son günlər Meksikada koronavirusa (COVID-19) yoluxmalar və pandemiyadan ölümlər sürətlə artmaqdadır.
Modern.az xəbər verir ki, ötən sutka daha 1 862 nəfərdə infeksiya aşkarlanıb, 294 xəstə həyatını itirib.
Bununla da Meksikada COVİD-19-a yoluxanların sayı 40 186-ya, ölənlərin sayı isə 4 220-yə yüksəlib.
Qeyd edək ki, Meksika Şimali Amerikada koronavirusun ən çox yaylıldığı 3-cü ölkədir.
T.İSMAYIL