Modern.az

İsveçdə yaşayan azərbaycanlı koronavirusdan öldü

İsveçdə yaşayan azərbaycanlı koronavirusdan öldü

Aktual

16 May 2020, 19:38

"İsveçdə yaşayan azərbaycanlı Hüseynov Məhərrəm Ağamirzə oğlu yeni növ koronavirusdan (COVID-19) vəfat edib".

 

Modern.az xəbər verir ki, bunu İsveçdə fəaliyyət göstərən Azərbaycan Naminə Cəmiyyətinin sədri Nadir Hollenbrand deyib.

 

O qeyd edib ki, Neftçalada anadan olan, 1959-cu il təvəllüdlü M. Hüseynov 15 ildir İsveçdə yaşayıb və bu ölkənin vətəndaşı olub: "Məhərrəm Hüseynov İsveçdə tikinti biznesi ilə məşğul idi. Bir ay idi xəstəxanada koronavirusdan müalicə olunurdu. Ailəsi onun Azərbaycanda dəfn olunmağını istəyir. Bu səbəbdən həftənin bazar ertəsi ailəsi İsveçdəki Azərbaycan səfirliyinə müraciət edəcək” (apa).

Whatsapp
Bizə yazın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu