Astara rayonunun 3 yaşayış məntəqəsi – Diqo, Dolu və Sekaşankəndləri illər sonra elektrik enerjisi ilə təmin olunub.
“Azərişıq”ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu Modern.az-a deyib ki, adı çəkilən kəndlərdə işləri tam yekunlaşdırıb:
“Cənab Prezident İlham Əliyev Astararayonunun 3 yaşayış məntəqəsində - Diqo, Dolu və Sekaşankəndlərində elektrik enerjisi təchizatının keyfiyyətinin yüksəldilməsivə dayanıqlılığını artırmaq məqsədilə müvafiq sərancam imzalayıb. Sərəncam əsasında “Azərişıq” ASC-nin başladığı işlərartıq yekunlaşıb. Dövlət başçısının xüsusi diqqət və qayğısısayəsində hər 3 kənddə müassir elektrik enerji sistemi qurulub”.
"Kəndlərdə yeni komplekt transformator məntəqəsi yaradılıb,elektrik kabel xətləri çəkilib, həmçinin yeni dayaqlar quraşdırılıb.Keçilməz dağ yollarında texnika işləyə bilmədiyi üçün mal-materalınböyük hissəsini “Azərişıq” ASC-nin əməkdaşları əllə daşıyıb",-deyə qurum rəsmisi qeyd edib.