Modern.az

Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO 

Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO 

Aktual

Bu gün, 18:21

Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov Müstəqil Dövlətlər Birliyi iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyası  və Türkmənistan Məclisi  tərəfindən “Səhiyyə xidmətlərinin hamı üçün əlçatanlığı və dayanıqlı inkişaf məqsədləri” mövzusunda keçirilən ikinci beynəlxalq konfransda iştirak edir.

Modern.az xəbər verir ki, konfrans Türkmənistanın Avaza şəhərində keçirilir. Konfrans Türkmənistanın 2026-cı ildə Müstəqil Dövlətlər Birliyinə sədrliyi ilə MDB-də Səhiyyənin Mühafizəsi İli çərçivəsində “Razılaşdırılmış siyasət və milli strategiyalar” devizi altında keçirilir. Tədbirin səhiyyə sistemlərinin inkişafı məsələləriüzrə MDB-nin əsas parlament və ekspert forumuna çevrilməsi nəzərdə tutulur. Tədbirin aktuallığı Davamlı İnkişaf Məqsədlərinin (DİM) 3-cü məqsədinə – “Sağlam həyatın təmin edilməsi və bütün yaş qrupları üçün rifahın təşviqi” – nail olmaq üçün iştirakçı dövlətlərin səylərinin gücləndirilməsinə olan zərurətlə şərtlənir. 

Konfransın açılış mərasimində Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov çıxış edib. Əhliman Əmiraslanov çıxışında ölkədə səhiyyə sisteminin dayanıqlılığının təmin edilməsi istiqamətində həyata keçirilən islahatlar barədə məlumat verərək, tibbi təhsil və beynəlxalq əməkdaşlığın inkişafı, eləcə də icbari tibbi sığorta sisteminin tətbiqi barədə məlumat verib. Komitə sədri qeyd edib ki, səhiyyə xidmətlərinin əlçatanlığının təmin edilməsində ilkin səhiyyə xidmətlərinin, profilaktikanın, erkən diaqnostikanın və əhalinin sağlam həyat tərzinin formalaşdırılmasının mühüm əhəmiyyəti var. Çıxışda həmçinin səhiyyə sahəsində qanunvericiliyin təkmilləşdirilməsində parlamentlərin rolu mövzusu da vurğulanıb. Əhliman Əmiraslanov Azərbaycanın beynəlxalq və parlamentlərarası əməkdaşlığın davam etdirilməsinə və dayanıqlı səhiyyə sistemlərinin gücləndirilməsinə hazır olduğunu bildirib.

Konfransın xüsusi əhəmiyyəti onun regional məsləhətləşmələr və siyasətin razılaşdırılması platforması kimi strateji rolundan irəli gəlir. Bu platforma 2027-ci ilin sentyabrında keçiriləcək BMT Baş Assambleyasının səhiyyə xidmətlərinin ümumi əlçatanlığına dair yüksək səviyyəli iclasına hazırlıq çərçivəsində mühüm əhəmiyyət daşıyır.

Səfər oktyabrın 9-da başa çatacaq.1553550

1553551

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ermənistan silah istehsalına başlayır - Şok plan üzə çıxdı