Modern.az

Sabah leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Sabah leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Ölkə

Bu gün, 18:07

Azərbaycanda oktybarın 9-da leysan xarakterli yağış yağacaq.

Modern.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat verib.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında oktyabrın 9-u gündüzdən 10-u axşamadək arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, 9-u axşamdan 10-u səhərədək isə yağışın intensiv və güclü olacağı ehtimalı var.

Azərbaycanın rayonlarında oktyabrın 9-u gündüzdən 10-u axşamadək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı, 10-u gündüz bəzi şərq rayonlarında yağıntıların qısa müddətə güclənəcəyi ehtimal olunur.

Gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, Lənkəran-Astara bölgəsinin, eyni zamanda Naxçıvan MR-nın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi istisna olunmur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada qorxulu anlar - Yüzlərlə dron hücuma keçdi