“Sabah”ın UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda Dortmund "Borussiya"sı ilə Bakıda keçirəcəyi ev oyununun biletləri satışa çıxarılıb.
Modern.az xəbər verir ki, bilet qiymətləri 15, 40, 50, 75, 120 və 650 manatdır.
"Sabah" oktyabrın 20-də Bakı Olimpiya Stadionunda Almaniya klubu ilə qarşılaşacaq. Görüş saat 20:45-də başlayacaq.
Azarkeşlər matçın biletlərini “iTicket.az”ın internet saytından onlayn əldə edə bilərlər.
“Sabah”ın ilk ev oyununda qarşılaşacağı “Slaviya” ilə matça da (13 oktyabr) bilet satışı davam edir.