Modern.az

Azərbaycandan 9 kq gümüş aparmaq istədilər

Azərbaycandan 9 kq gümüş aparmaq istədilər

Ölkə

8 Oktyabr 2026, 19:46

Gürcüstan-Azərbaycan sərhədində yerləşən “Qırmızı Körpü” gömrük-keçid məntəqəsində külli miqdarda gümüş zinət əşyalarının qanunsuz keçirilməsinin qarşısı alınıb.

Modern.az lent.az-a xəbər verir ki, gömrük əməkdaşları Gürcüstan vətəndaşının idarə etdiyi yük avtomobilinə ətraflı baxış keçiriblər.

Yoxlama zamanı avtomobildə gizlədilmiş ümumilikdə 9 kiloqram 38 qram ağırlığında gümüş zinət əşyaları aşkarlanıb.

Məlumata görə, gömrükdə bəyan edilməyən zinət əşyalarının ümumi dəyəri 38 min 289 lari (təxminən 25 min manat) təşkil edib.

Faktla bağlı materiallar araşdırılması üçün Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinə göndərilib.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Putinin ordusu NATO ərazisini vurdu - Avropaya şok zərbə