Modern.az

Müharibədən sonra 443 nəfər mina qurbanı olub 

Müharibədən sonra 443 nəfər mina qurbanı olub 

Ölkə

Bu gün, 21:37

Cəbrayıl rayonunda ata və oğlu mina partlayışı nəticəsində ağır xəsarət alıb.

Modern.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin “X” hesabında bildirilib.

Qeyd edilib ki, hadisə nəticəsində 2020-ci il müharibəsinin başa çatmasından sonra Azərbaycanda mina qurbanlarının sayı 443 nəfərə çatıb.

“Hadisə minaların yaratdığı ölümcül və ayrı-seçici təhlükəni bir daha nümayiş etdirir. Minalar hələ də günahsız insanların həyatına son qoyur və ağır xəsarətlərə səbəb olur”, - məlumatda deyilir.

Azərbaycan minaların yaratdığı davamlı təhlükəni pisləyib və ölkədə minatəmizləmə fəaliyyətinə beynəlxalq diqqətin artırılmasına çağırıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada qorxulu anlar - Yüzlərlə dron hücuma keçdi