Modern.az

“Green Card” müraciətlərini dayandırır

“Green Card” müraciətlərini dayandırır

Dünya

Bu gün, 20:19

ABŞ administrasiyası “Microsoft” şirkətinin H-1B vizası ilə çalışan xarici mütəxəssislər üçün daimi yaşayış icazəsi — “Green Card” alınmasına dair müraciətlərini müvəqqəti dayandırır.

Modern.az xəbər verir ki, qərarı Ağ Evdə keçirilən mətbuat konfransında vitse-prezident Cey. Di. Vens açıqlayıb. O, şirkəti amerikalı əməkdaşları ixtisar edərək onların yerinə xarici işçilər cəlb etməkdə və müvafiq proqramdan sui-istifadədə ittiham edib.

Vens bildirib ki, hesablamalara əsasən, “Microsoft” ixtisar etdiyi hər amerikalı əməkdaşın əvəzinə təxminən 1,5 xarici işçi qəbul edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada qorxulu anlar - Yüzlərlə dron hücuma keçdi