Modern.az

Fuad Cəfərlinin özbək türkçəsində kitabı çapdan çıxacaq

Fuad Cəfərlinin özbək türkçəsində kitabı çapdan çıxacaq

Aktual

20 İyun 2020, 10:36

Prezident təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının üzvü Fuad Cəfərlinin özbək türkcəsində kitabı çapdan çıxacaq.

 

Bu barədə Modern.az-a Fuad Cəfərli məlumat verib. O bildirib ki, "Tənha qum dənəsi" adlı kitabda müəllifin son illərdə yazdığı şeirlər toplanıb:

 

"Kitabdakı şeirləri istedadlı tərcüməçimiz Şohista Artıkova - Kamranlı çevirir. Artıq işlər son mərhələdədir. Kitabın Özbəkistanın Daşkənd, Səmərqənd kimi şəhərlərdə təqdimatı planlaşdırılır. Düşündük ki, Azərbaycan-Özbəkistan əlaqələrinin inkişafında biz də nəsə edək. Bu kitabın çap olunmasına qərar verdik. Kitabda 60 şeir toplanıb". 

 

Qeyd edək ki, Fuad Cəfərlinin şeirləri müntəzəm olaraq Özbəkistanın ədəbi dərgilərində çap edilir.

 

Tural Turan

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!