Modern.az

Qaregin, təşəkkürlər!

Qaregin, təşəkkürlər!

Aktual

25 İyul 2020, 16:12

Araz Qurbanov

Erməni katalikosu II Qaragin «fətva» verərək erməni əsilli jurnalist, rəsmi Moskvanın aparıcı ruporlarından olan Marqarita Simonyanı erməni etnik kimliyindən məhrum etdi. Katalikos nəinki ona erməni kilsələrinə daxil olmağı, hətta erməni dilində dualar etməyi də yasaqladı.


Hörmətli soydaşlarım, eyforiyaya uymayın! Həm Qaregin, həm də Rusiyada «Marqo» kimi tanınan Marqarita bir bezin qırığı, Azərbaycanın, Türkiyənin, türkün düşmənidirlər. Marqarita Ermənistanı heç də Tovuz bölgəsinə hərbi təcavüz cəhdinə görə deyil, məhz Rusiyadan uzaq düşdüyü üçün ittiham edib. Onun müraciətinin qısa məğzi isə budur: «Ermənistan, tövbə et və yenidən atalığının- Rusiyanın ağuşuna qayıt. Moskva bundan sonra həmişə olduğu kimi öz yardım əlini sənə uzadacaqdır».


«İtin dişi, donuzun dərisi». Qoy bir-birini didsinlər. Özləri bilərlər. Lakin II Qaregen öz «fətvası» ilə bəzi qaranlıq mətləblərə elə aydınlıq gətirdi ki, buna görə «qındapet» (polkovnik) paqonlarını maykanın altında gizlədən katolikosa «ərzi-ehtiramımı» bildirirməyi özümə borc bilirəm:

  1. 1. Katolikos bir daha sübut etdi ki, ermənilərin etnik identiklik modeli iudaizmin baza prinsiplərinin (Hz.Musanın Səna dağındakı sonuncu moizəsinin) ucuz təqlididir. Yəni, ermənilərdə də etnik kimliyi dini (məzhəb) mənsubiyyəti müəyyən edir. Bu isə erməniliyin əslində tarixən polietnik toplum, məzhəb ətrafında formalaşan etnik-dini korprorasiya olmasının daha bir etirafıdır.

2. Ermənistan Respublikası Konstitusiyasının 8-ci maddəsinin 1-ci hissəsinə görə din dövlətdən ayrı olsa da, faktiki olaraq, Qaregin populistcəsinə prezident Armen Sarkisyanın səlahiyyətlərinə müdaxilə etmiş, bununla da erməni-qriqoryan kilsəsinin laxlamış statusunu bərpa etməyə, hələ nəfəs aldığını cəmiyyətə çatdırmağa çalışmışdır. Digər tərəfdən dünyanın heç bir ölkəsində, hətta ən totalitar rejimlərdə belə insanları etnik kimlikdən məhrum etmək təcrübəsi yoxdur. Qaregin bu antidemokratik qərarı ilə «demokratik Ermənistanın» növbəti «kreativliyini» dünyaya çatdırmışdır.

  1. 3. Rusiyaya meyli ilə seçilən, Köçəryan-Sarqsyan tandemi ilə sıx əlaqələri olan Qaraginin bu addımı heç də rəqibinə, onun istefasını tələb edən Nikol Paşinyana güzəştə getməsi kimi dəyərləndirilməməlidir. Faktiki olaraq, həm ölkədə, həm də onun hüdudlarından kənarda geniş sosial bazaya malik olan Qaregin əlinə düşən bu fürsətdən məharətlə yararlanmış, Paşinyana dil göstərərək Ermənistanın baş naziri və rəsmi Kreml arasında yaranmış gərginliyi məqsədli şəkildə daha da dərinləşdirmişdir. Bununla da Nikol Paşinyan iki yol ayrıcında qalmışdır: ya Ermənistanın Rusiya ilə münasibətlərini əvvəlki səviyyəyə qaytarmalı, ya da kilsənin də köməyi ilə hakimiyyətdən getməlidir. Digər tərəfdən, uğursuz "Tovuz əməliyyatından" sonra katalikos Marqo məsələsi ilə aqressiv kütlə təfəkküründə özünün və kilsənin mövqelərini möhkəmləndirə bilmişdir.

4. Məlumdur ki, erməni kilsə ideologiyası ilə Qaregin Njdenin erməni faşizmi konsersiyası - sexakronizm ideologiyası ziddiyyətdədir. Lakin Serj Sarqsyan prezidentliyi dövründə barışığa nail olmağa çalışmış, Qareginin razılığı ilə kilsə ilə sexakronizmi bir bayraq altında birləşdirən neosexakronizm məfkürəsini yaratmışdır. Bu gün erməni kilsəsi həmin dini-siyasi hərəkatın iştirakçısıdır.


5. Qaregin-Marqarita qarşıdurması müvəqqətidir. Bir müddətdən sonra həmin «anlaşılmazlıq» məhz erməni kilsəsinin təşəbbüsü ilə aradan qaldırılacaqdır.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?