Modern.az

"Qarabağ" Uroş Matiçi təqdim etdi

Aktual

26 İyul 2020, 12:16

"Qarabağ" daha bir transferini rəsmiləşdirib.

 

Modern.az-ın məlumatına görə, Ağdam klubu yarımmüdafiəçi Uroş Matiçi feysbuk səhifəsi vasitəsilə təqdim edib.

 

Artıq Bakıya gələn serbiyalı orta sahə oyunçusu klubun bazasında rəsmi sözləşməyə qol çəkib. "Kopenhagen"dən alınan Matiç 8 nömrəli formanı seçib. Bu formanı komandadan yenicə ayrılan Miçel uzun müddət daşıyıb.

 

 
 
 

 

Qeyd edək ki, "Qarabağ" yay fasiləsində eyni zamanda Emil Balayev, Kevin Medina və Vild-Donald Geryeni tranfer edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!