Modern.az

Sabah da yağış, leysan...  

Sabah da yağış, leysan...  

Aktual

23 Avqust 2020, 13:48

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. 

 

Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, mülayim şimal-qərb küləyi əsəcək.

 

Havanın temperaturu  Abşeron yarımadasında gecə 17-20,  gündüz 23-26, Bakıda  gecə 17-19, gündüz 23-25 dərəcə isti olacaq. 

 

Atmosfer  təzyiqi normadan aşağı 758 mm civə sütunundan 762 mm  civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.  Abşeron çimərliklərində mülayim şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 21-22, Türkan, Hövsan, Sahil, Şıxda isə 22-23 dərəcə isti təşkil edəcək.

 

Avqustun 24-də Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi  gözlənilir. Gündüz əksər rayonlarda yağıntı tədricən kəsiləcək, mülayim şərq küləyi əsəcək. Havanın temperaturu  gecə 16-19, gündüz 22-26, dağlarda gecə 5-10, gündüz 11-15  dərəcə  isti olacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putinə Paşinyandan bir