Modern.az

Cəlilabadda meşədə yanğın

Cəlilabadda meşədə yanğın

Aktual

10 Sentyabr 2020, 16:01

Cəlilabad rayonunun Fətullaqışlaq kəndinə yaxınlıqda olan dağlıq ərazidə yenidən yanğın baş verib.

 

Modern.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının söndürülməsinə çalışır.

 

Yanğının 1 ha-dək yayıldığı sahədə quru ot və kol-kosun olması yanğınsöndürənlərin işini bir qədər çətinləşdirib. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

 

Xatırladaq ki, bu ərazidə yanğın hadisəsi ötən ayın 28-də olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV