Modern.az

Cəlilabadda başlayan yanğın söndürüldü

Cəlilabadda başlayan yanğın söndürüldü

Aktual

10 Sentyabr 2020, 20:18

Cəlilabad rayonunun Fətullaqışlaq kəndi yaxınlığında dağlıq və meşəlik ərazidə 1 ha sahədə quru ot və qurumuş ağac kötükləri yanıb.

Fövqəladə Hallar Nazirliyindən Modern.az  verilən məlumata görə, meşənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 17:20 dəqiqədə söndürülüb.

Qeyd edək ki, mürəkkəb relyefli dağlıq ərazidə aparılan yanğısöndürmə işlərinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları cəlb olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV