İranın Tehran əyalətinin Nəsimşəhr bölgəsində güclü partlayış olub.
Modern.az “TASS”a istinadən məlumat verir ki, partlayışda azı 1 nəfər ölüb, 20-dən çox insan yaralanıb. Bundan başqa, 23 avtomobilə, 30-dan çox binaya ziyan dəyib.
İlkin məlumata görə, hadisə mağazaların birində baş verib. İnsidentin təfərrüatı araşdırılır.
Partlayış yerli vaxtla saat 16-da baş verib.




