Modern.az

Türkiyədə 3 terrorçu zərərsizləşdirildi

Türkiyədə 3 terrorçu zərərsizləşdirildi

Aktual

13 Sentyabr 2020, 18:21

Türkiyədə “İldırım” əməliyyatının 11-ci mərhələsinin gedişatında Şirnak ərazisində 3 terrorçu zərərsizləşdirilib.

Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi bildirib.

"Türkiyə jandarmeriya qüvvələrinin "İldırım" əməliyyatının 11-ci mərhələsinin gedişatında Bestler ərazisində üç silahlı terrorçu zərərsizləşdirilib", - xəbərdə deyilir.

Regionda əməliyyatlar davam edir.

Qeyd edək ki, PKK 1984-cü ildən Türkiyədə terror aktları həyata keçirir. Bu illər ərzində terrorçular tərəfindən təhlükəsizlik qüvvələrinin 7 500 əməkdaşı və 6 800 dinc sakin öldürülüb.

Sizə yeni x var
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV