Modern.az

Belarusda 500 etirazçı saxlanıldı

Belarusda 500 etirazçı saxlanıldı

Aktual

13 Sentyabr 2020, 21:26

Minskdəki aksiyalarda saxlanılan etirazçıların sayı 400-ə çatıb.

Modern.az xəbər verir ki, bu barədə Belarus Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ölkənin bütün ərazisində artıq etiraz aksiyaları sona çatıb, yalnız Minskdən başqa.

Aksiyalarda zərərçəkənlər barədə məlumat olmadığı da qeyd edilib.

Hüquq-mühafizə orqanları əməkdaşlarının aksiya iştirakçılarına doğru atəş açmasını təsdiqləyən DİN vurğulayıb ki, bu, göyə açılan xəbərdarlıq atəşi olub:

"Onlarla aksiyaçı hüquq-mühafizə orqanı əməkdaşlarına qarşı əşyalar tullamağa hazırlaşarkən, göyə xəbərdarlıq atəşi açılıb. Bundan sonra aksiyaçılar dağılışıb".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV