Modern.az

Sabiq prezidentə cinayət işi açıldı

Sabiq prezidentə cinayət işi açıldı

Aktual

13 Oktyabr 2020, 00:43

Ukrayna Baş Prokurorluğu ölkənin keçmiş prezidenti Petro Poroşenkoya qarşı 2014-cü ildə offşor şirkətin qeydiyyatı faktı ilə əlaqədar cinayət işi açıb.

Modern.az xəbər verir ki, bu barədə vəkil Andrey Portnov məlumat verib.

Poroşenko Ukrayna prezidentinin vəzifəsində olarkən, 2014-cü ilin avqust ayında Britaniyanın Virgin adalarının yurisdiksiyasında “Prime Virgin Partners Limited” şirkətini qeydiyyatdan keçirib.

Vəkil qeyd edib ki, keçmiş prezident şirkətin qeydiyyatını gizlədib, bunu gəlir və maliyyə öhdəlikləri bəyannaməsində əks etdirməyib.

Bildirilib ki, şirkət qanunsuz fəaliyyətlərin həyata keçirilməsi, xüsusilə vergidən yayınma və cinayətdən əldə olunan gəlirlərin leqallaşdırılması üçün yaradılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV