Modern.az

İzmirdə zəlzələ nəticəsində ölənlərin sayı 62-yə çatıb

İzmirdə zəlzələ nəticəsində ölənlərin sayı 62-yə çatıb

Aktual

1 Noyabr 2020, 19:00

İzmirdə baş verən zəlzələ nəticəsində həlak olanların sayı 62-yə çatıb.

 

Modern.az xəbər verir ki, yeraltı təkanlar zamanı 940 nəfər yaralanıb və 218 nəfərin müalicəsi davam edir. Bu xəstələrdən səkkizi reanimasiyadadır, onlardan üçünün vəziyyəti ağırdır.

 

Hadisə zamanı zədələnən və ya çökən 17 binadan 8-də axtarış-xilasetmə işləri davam edir.

 

İndiyədək bölgədə ciddi zədələnən 28 bina aşkarlanıb. Bu tikililərin sökülməsinə qərar verilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu