Modern.az

Tərtər və Bərdədə 500 ailəyə humanitar yardım göstərilib - FOTO

Tərtər və Bərdədə 500 ailəyə humanitar yardım göstərilib - FOTO

Aktual

9 Noyabr 2020, 19:33

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) tərəfindən Ermənistanın Azərbaycana qarşı yeni təcavüzü zamanı zərər çəkmiş Tərtər və Bərdə rayonlarında yerləşən 500 ailəyə humanitar yardım göstərilib.

Xarici İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, bu rayonlardakı şəhid ailələrinə, eləcə də Ermənistan silahlı qüvvələrinin hücumu nəticəsində ailə üzvlərini və yaxınlarını itirən vətəndaşlarımıza XİN rəhbərliyi və kollektivi adından başsağlığı verilib və bu ailələrə humanitar yardım göstərilib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu