Modern.az

“Qarabağ” bu gün AvroLiqada 4-cü oyuna çıxır

“Qarabağ” bu gün AvroLiqada 4-cü oyuna çıxır

Aktual

26 Noyabr 2020, 09:46

Bu gün Ağdamın “Qarabağ” klubu UEFA Avropa Liqasında dördüncü oyunun keçirəcək.

Modern.az xəbər verir ki, Ağdam klubu I qrupda 4-cü turun matçını Türkiyə "Sivasspor"una qarşı oynayacaq.

Ölkədəki hərbi vəziyyətlə əlaqədar rəqibini İstanbuldakı "Başakşehir Fatih Terim" stadionunda qəbul edəcək Azərbaycan çempionu qrupda xalsız yeganə komandadır və sonuncu pillədə qərarlaşıb. Sivas təmsilçisi isə 3 xalla 3-cü sırada yer alıb. "Qarabağ" bu görüşdə də uduzsa, pley-offa çıxmaq şanslarını itirəcək.

Bu komandalar arasında keçirilmiş ilk oyun Türkiyə təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Qrupun digər matçında İspaniya "Vilyarreal"ı İsraildə Tel-Əviv "Makkabi"si ilə üz-üzə gələcək. La Liqa klubu səfərdə qələbə qazanacağı təqdirdə qrup lideri kimi növbəti mərhələyə vəsiqəni təmin edəcək.

Sizə yeni x var
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu