Modern.az

İspaniyada  final matçı tamaşaçılarla olacaq

İspaniyada  final matçı tamaşaçılarla olacaq

Aktual

6 Dekabr 2020, 16:34

İspaniya Kubokunda 2019/20 mövsümünün final oyunu azarkeşlərlə keçiriləcək.

 

Modern.az saytının məlumatına görə, koronavirus pandemiyası səbəbindən təxirə salınan matça tamaşaçıların buraxılması planlaşdırılır.

 

Avqustda “Atletik”lə “Real Sosyedad” arasında keçirilməli olan həlledici qarşılaşmanın boş tribunalar önündə olmasına adıçəkilən klublar razılıq verməmişdilər. İspaniya Kral Futbol Federasiyası 2021-ci il aprelin 4-də və ya 18-də Sevilyada baş tutması gözlənilən görüşə tamaşaçıları buraxacaq. Bu isə martda tətbiq edilən qadağadan sonra azarkeşlərlə oynanılacaq ilk görüş olacaq.

 

Qeyd edək ki, federasiya İspaniya Kral Kubokunun 2020/21 mövsümünün final görüşünün də Sevilyada təşkilini nəzərdən keçirir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İrana dəhşətli zərbələr - Türkiyədə nələr razılaşdırılır?