Hazırda paytaxtın bəzi küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.
Bu barədə Modern.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.
Məlumata görə, hazırda sıxlıq olan yollardan keçən müntəzəm və ekspres xətlər üzrə avtobusların hərəkət intervalında gecikmələr müşahidə olunur:
- Heydər Əliyev prospekti – Koroğlu metrosu istiqamətində köməkçi yol və əsas yol , mərkəz istiqamətində isə kənar yol sıxlıq
- Ziya Bünyadov prospekti –20 yanvar dairəsi istiqamətində
- Tbilisi prospekti –şəhər və 20 yanvar dairəsi istiqamətində
- Koroğlu Rəhimov küçəsi –Hər iki istiqamət istiqamətində
- Rəşid Behbudov küçəsi
- Babək prospekti –Heydər Əliyev prospekti istiqamətində
- Yusif Səfərov küçəsi –Heydər Əliyev prospekti istiqamətində
- Bakı-Sumqayıt şossesi –şəhər (Moskva prospekti) istiqamətində.