İdmançılarımız Londanda uduzur, çox kədərlənirəm, gərək belə olmayaydı. Doğurdanmı, bizim gücümüz yoxdur, yoxsa idmanın elə bir fəndi var, biz onu hələ bilmirik. Azərbaycan başdan-başa idmançılar ölkəsidir. Dövlətimizin, cənab prezidentimizin həmişə qayğı və diqqətindədir. Ölkəmizdə idman qədər qayğı göstərilən ikinci bir sahə yoxdur. Bəs niyə belə olur görəsən?
Mən bu fikirləri düşünərkən ATV kanalında bir oqlanın sinəsindən hər biri 3-4 ton ağırlığında bir neçə maşın keçir. Oğlan kürəyi açıq uzanıb şüşə qırıntılarının üstünə, sinəsinə taxta qoyublar və maşınlar rahat şəkildə onun sinəsindən adlayır. Hamının gözü kəlləsinə çıxıb. Sonda oğlan heç nə olmamış kimi, əllərini bir-birinə çırpır, gülə-gülə ayağa qalxır. Görəsən niyə belə olur? Bura olimpiya mərkəzi deyil, ona xüsusu qayğı göstərilməyib. Təbii şəkildə öz başına yetişib və bu həddə çatıb, onun döşəyi şüşə qırıntıları, idman zalı isə kəndin tən ortası, adamların yığışdığı bir məkandır.
Orasını da deyim ki, olimpiya idman qaydalarini bilməmiş deyiləm. Hamısından xəbərdaram. Çölün düzünü Londan idman sarayı ilə müqayisə etmək fikrim də yoxdur. Ancaq...
Başqa bir misal. Dişləri ilə maşını və yük qatarını çəkən, əli və dişi ilə yüzlük mismarları səkkiz qatlayan nə qədər cəngavər oğullarımız var, onları həyatda çox görmüşük, televiziya ekranlarında dəfələrlə seyr etmişik. Düşünürəm ki, niyə bu fövqəl gücümüz olimpiya meydanlarında görsənmir, niyə bu qədər gücümüz ola-ola onu istiqamətləndirib olimpiya oyunlarına çıxarmırıq. Axı orda üzərinə düşən ağırlığı qaldıra bilməyən idmançımız dişi ilə yük qatarını çəkən və ya dükanlarda fəhlə işləyən, tək əlli 50 kiloqramlıq un mesoqlarını maşınlara yükləyən həmvətənlərimin qardaşıdır. Bir qandan, bir düşüncədən parvazlanan igidlərdir. Məmurlarımızın elə cangüdənləri var ki, bir yumruqla düz 10 nəfəri bir anın içində yerə sərər. Londan olimpiadasinda dizləri titrəyib uduzan idmancılarımız bu oğlanların qardaşı deyilmi?
İdman meydançalarında çox vaxt çövlan eləyən təbii güc deyil, sintetik gücdür.
İdmançıda güclü əsəb və həm də güclü ağıl olmalıdır. Təssüflər olsun ki, bu da çox vaxt sintetik xarakter daşıyır.
Burda bir neçə çözüləsi məqamlar var, bunların ən birincisi budur ki, biz fiziki gücümüzü parakəndə şəkildə gostəririk, ya da onu ayrı şeylərə istifadə edirik, adam ağzi əzməyə, cangüdən olmağa və s. seylərə. O gücü əvvəldən elmi şəkildə, vahid bir istiqamətdə inkişaf etdiirə bilmirik. Uduzmalar onu göstərdi ki, idmanda peşəkarlıq yetərincə deyil. Olimpiya kompilekslərimiz dünya standartlarına üyğun gəlsə də, ordakı idman təlimlərinin aşağı səviyədə olmağı bir daha özünü təstiqlədi. Ikinci bir səbəb bu, ola bilər ki, yerlərdə idmançılarımızın ən yaxşısı seçilmır, idman məşqlərinə dəvət edilmir və bəlkə də həqiqi idman potensialı olanlar kanarda qalır.
Əvvəlkə fikrimə qayıdıram, niyə xalqın yetisdirdiyi idmançılar daha güclüdür? Əgər xalq idman oyunları ilə ilə bağlı yarış keçirilsə, bütün qızıl medalları biz qazanarıq. Yuxarıda dediyim kimi, cavan bir oğlan saçı ilə qatarı hərəkətə gətirir. Iri daçları başı ilə sındırır. Qolları ilə hərəkət edən maşını dayandırır. Bütün bunlar fitri istedaddır. Ona görə ki, tarixən onları müəyyən məqsədlər üçün seçmirlər, onlar təbii şəkildə ozləri seçilirlər. Seçilənlər də özlərinə layiqli davamçılar böyüdürlər. Bu sənətin Azərbaycanda min illik tarixi ənənəsi var. Olimpiya oyunlari biz də hələ ki, təzədi, təbii seçim yoxdur, çoxu “görüm-baxim”ladır.
Ikinci bir məsələ var ki, kimin fiziki gücü varsa, onu cangüdənliyə yox, olimpiya oyunlarına yönəltmək lazimdır. Şübhəsiz ki, olimpiya oyunlarında qalib iştirakçılara ev, maşın, pul, qayğı varsa, ora ən çox qabiliyyəti olmayanlar birinci can atırlar. Seçim düzgün aparılmalıdır. Olimpiya oyunları elmi şəkildə öyrədilməlidir. Təbii gücü, bacarığı elmi şəkildə qələbəyə yönəltmək lazımdır.
Millət vəkili Səyavuş Novruzovun uduzan idmancilarımızla bağlı bir fikri ilə tam razıyam ki, dövlət tərəfindən hədsiz dərəcədə qayğı göstərilən idmançılarımız özünə arxayın olub, kübar bir həyat sürürlər. Hər işin başında gərgin zəhmət və halal əmək dayanır. Əgər bu, yoxdursa, uduzacaqsan.
Başqa bir məsələ. Xaricdən idmançı gətirmək fikri ilə qətiyyən razı deyiləm. Bu protez ələ və ayağa oxşayır, ogey övlada bənzəyir. Bu idmançılarla qələbə qazansaq belə, canımıza yatmir.
Milli idmançılarımızı özümüz yetişdirməliyik. İdmançının əsas gücü vətənpərlikdən öncə, elmə və psixoloji hazıdlığa söykənir. Təssüflər olsun ki, çox vaxt birincini irəli çəkirik. Cunki bu asandı, çıxış eləməyə nə var? Hərbi də və idmanda elmi peşakarlıq birincidir. Bu da əziyyət teləb edir. Suvarav deyirdi ki, təlim çətin olarsa, döyüş asan olacaq. İndi bizim çox idmançılarımızda zəhmətin, elmin, peşakarlığın çatmadığını, və psixoloji hazırlığını yetərncə olmadığını görurəm. Dovlətimiz bundan artıq daha nə etməlidir, idmana hər cür sərait yaradıb. Gürünür təlim yetərincə tədris olunmayıb. Məşqlər yüksək səviyyədə keçirilməyib. Məncə, bunlar araşdırılmalıdır. Uduzmağın əsas səbəblərini öyrənib aradan qaldırmalıyıq.
Fiziki hazırlıqla bərabər, psixoloji hazırlığa da önəm verilməlidir. Idmançılarımızı tənqid etmək çox asandı. Onlar bizim övladlarımızdı. Onları öyrətmək, onlara ruh vermək lazımdır. Inanıram ki, dünya idmanını gələcəyində bizim öz layiqli yerimiz olacaqdır.
İdmançılarımızın uduzmağına sevinənlərə isə sadəcə təssüflənirəm.