Modern.az

“Atletiko” evdə büdrədi

“Atletiko” evdə büdrədi

Aktual

20 Fevral 2021, 22:09

İspaniya La Liqasınının 23-cü turunda lider "Atletiko Madrid" evdə "Levante"ni qəbul edib.

 

Modern.az xəbər verir ki, matç Madrid klubunun 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb.

 

Oyunda qolları Morales (30) və Sebastian (90+5) "Atletiko"nun qapısından keçiriblər.

 

Aktivinə növbəti 3 xalı yazdıran "Levante" turnir cədvəlində 8-ci pilləyə yüksəlib. "Atletiko Madrid" isə 55 xalla ilk pillədə qərarlaşıb. Onu 49 xalla "Real Madrid" və 46 xalla "Barselona" izləyir.

 

T.İSMAYIL

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!