Modern.az

Bir daha sürü barədə

Bir daha sürü barədə

Aktual

21 Fevral 2021, 12:41

Azərbaycan dilinə “bir sürü kitab, bir sürü fincan və bir sürü filan” kimi ifadələr yaddır və hətta cəfəngdir. Dil təkcə ünsiyyət vasitəsi deyil, o həm də həmin dildə danışan xalqın bir çox xüsusiyyətlərinin, onun tarixinin informasiya daşıyıcısıdır.


Azərbaycanlılar köçəri xalq olmadığından qoyun və qoyunçuluq heç vaxt onun həyatının özəyini təşkil etməyib. (Qoyun ətini çox sevsələr də . Buna görə də Azərbaycanlılar “sürü” sözünü yalnız qoyunla bağlayırlar. “Bir sürü qoyun”, “qoyun sürüsü” və sair. Mənfi bədii mənada “it və ya eşşək sürüsü” kimi ifadələr də işlədilib.

Azərbaycanlılar tarixən oturaq xalq olduğundan onlarda heyvandarlığın başqa sahələri də olub. İribuynuzlu heyvanlar üçün “naxır”, atçılıq üçün “ilxı” kimi sözlərdən istifadə olunub.

Qaldı “bir sürü fincan” əvəzinə, bizdə uzaqbaşı “bir anbar fincan” kimi ifadələrdən istifadə edilib. Hətta pul üçün də! “Pulun var? – Bir anbar!”.

Azərbaycanlılar üçün çox qədimlərdən ticarət daha mühüm sahə olub. Anbar, piştaxta və sair.


Amma “bir sürü hər şey” formulu bizi gətirib “bir sürü insan” kimi cəfəngiyyata da çıxara bilər. İncə, həssas, ağıllı dildir Ana dilimiz. Təmizliyini qoruyaq.

 

Zülfüqar Rüfətoğlu,
 jurnalist

Whatsapp
Bizə yazın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV