Modern.az

Siyasi partiyaların MSK-ya hesabat vermə müddəti başa çatdı

Siyasi partiyaların MSK-ya hesabat vermə müddəti başa çatdı

Aktual

1 Aprel 2021, 19:00

Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların təxminən yarısı maliyyə hesabatını təqdim etməyib.

 

Modern.az xəbər verir ki, aprelin 1-də siyasi partiyaların Mərkəzi Seçki Komissiyasına (MSK) 2020-ci il üzrə maliyyə hesabatı təqdim etmələri üçün nəzərdə tutulan müddət başa çatsa da, dövlət qeydiyyatına alınan 62 siyasi partiyadan 36-sı illik maliyyə hesabatını MSK-ya təqdim edib.

 

Qeyd edək ki, qanunvericiliyə əsasən, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə aprelin 1-dən gec olmayaraq MSK-ya təqdim etməlidir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı