Modern.az

Mirzoyan Azərbaycana gəlmək istəyir: “Ümid edirəm ki...”

Mirzoyan Azərbaycana gəlmək istəyir: “Ümid edirəm ki...”

Aktual

Bu gün, 13:26

Ermənistan və Azərbaycanın xarici işlər nazirlərinin qarşılıqlı səfərləri ilə bağlı hələlik konkret razılaşma yoxdur.

Modern.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan noyabrın 5-də jurnalistlərə açıqlamasında bildirib.

Nazirin sözlərinə görə, münasibətlərin normallaşdırılması istiqamətində yeni mərhələlər razılaşdırıldıqdan sonra sülh daha da möhkəmlənəcək. Bundan sonra hər iki ölkənin Xarici İşlər nazirliklərinin nümayəndələrinin, o cümlədən rəhbərlərinin qarşılıqlı səfərləri və müxtəlif tədbirlərdə iştirakı üçün şərait yaranacaq.

“Ümid edirəm ki, bir gün bu səfərlər xarici işlər nazirləri səviyyəsində də baş tutacaq. Hazırda bununla bağlı konkret razılaşma yoxdur”, – deyə Mirzoyan qeyd edib.

Sizə yeni x var
Keçid et
Ərdoğandan Bakıya kritik mesaj - İranda müharibə hazırlığı başladı!