Modern.az

Ərdoğan Zəfər Günündə Azərbaycana gələcək - YENİLƏNİB

Ərdoğan Zəfər Günündə Azərbaycana gələcək - YENİLƏNİB

Aktual

Bu gün, 13:13

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana səfər etməyi planlaşdırdığını bildirib.

Modern.az NTV-yə istinadən xəbər verir ki, Ərdoğan bu barədə jurnalistlərə açıqlamasında deyib.

“Fövqəladə bir vəziyyət yaranmasa, 8 noyabrda Azərbaycana səfər etməyi düşünürəm. İnşallah, bu səfər çərçivəsində lazımi addımları atmaq imkanımız olacaq”, – Türkiyə Prezidenti bildirib.

Ərdoğan Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin ənənəvi diplomatik əlaqələrdən daha dərin olduğunu vurğulayıb. O, iki ölkə arasındakı qırılmaz bağın ortaq tarixə, mədəniyyətə və taleyə söykəndiyini qeyd edib.

“Türkiyə–Azərbaycan qardaşlığının aşa bilməyəcəyi heç bir maneə yoxdur”, – Ərdoğan deyib.

12:41

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək.

Modern.az xəbər verir ki, Oxu.az-ın əldə etdiyi məlumata görə, səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr - Zəfər Günü münasibətilə keçiriləcək bayram tədbirlərində iştirak edəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ərdoğandan Bakıya kritik mesaj - İranda müharibə hazırlığı başladı!