Modern.az

Ceyhun Bayramov Moskvada Lavrovla görüşdü - FOTO

Ceyhun Bayramov Moskvada Lavrovla görüşdü - FOTO

Aktual

1 Aprel 2021, 20:05

1 aprel 2021-ci il tarixində, MDB ölkələrinin xarici işlər nazirləri Şurasının iclasında iştirak etmək məqsədilə Moskvada işçi səfərdə olan nazir Ceyhun Bayramovun Rusiya xarici işlər naziri Sergey Lavrov ilə görüşü keçirilib.

 

Azərbaycan Xarici İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, hər iki tərəfdən nümayəndə heyətlərinin iştirak etdiyi görüşdə ikitərəfli əməkdaşlıq münasibətləri, mövcud regional vəziyyət, üçtərəfli bəyanatların həyata keçirilməsi məsələlərinə dair ətraflı müzakirələr aparılıb.

 

Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında mövcud olan dialoqunun səviyyəsindən məmnunluq ifadə edilib.

Görüşdə, həmçinin qarşılıqlı maraq kəsb edən beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı