Modern.az

"Ukrayna hər cür təxribata cavab verməyə hazırdır" - Zelenski

Aktual

1 Aprel 2021, 23:34

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyanı Donbasda "əzələ nümayişində" günahlandırıb.

 

Modern.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Zelenski sosial şəbəkə hesabında yazıb.

 

Dövlət başçısı bəyan edib ki, Donbasda münaqişə vəziyyəti kəskinləşib. Onun fikrincə, Rusiya danışıqlarda təzyiq atmosferi yaradır: "Hərbi təlimlər və sərhəd boyunca mümkün təxribatlar formatında olan əzələ oyunu Rusiyada ənənəvi bir haldır".

 

Bundan başqa, Zelenski Ukraynanın hər cür təxribata cavab verməyə hazır olduğunu əlavə edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı